Qərb Universitetinin Sport Klubu

Qərb Universitetinin basketbol tarixi 1996-cı ildə başlamışdır. Bu yalnız tələbələrdən ibarət olan tələbə çempionatında, Bakı çempionatınd və digər yarışmalarda iştirak etmiş ilk basketbol komandasi idi.

1999-cu ildə Qərb Universitetinin səlahiyyəti şəxsləri komandanı gücləndirmək qərarına gəldilər. Azərbaycan çempionatının qabaqcıl komandalarında aparıcı oyunçular kimi tanınmış E.YusubovR.Hüseynov bizim komandaya oyunçu və məşqçi kimi dəvət olunmuşdular.

1999-cu ildə komanda Azərbaycan Çempionatında və Tələbə Liqası Oyunlarında iştirak etmiş və nəticə etibarı ilə 2-ci və 3-cü yerlərə sahiblənmişdir. Bu yaxşı göstərici idi və qarşıda gələn oyunlara əzmlə hazırlaşmaq üçün yeni təkan idi. Növbəti 2000-ci il nəaliyyətlər əldə olunduğu bir il oldu - həmin il komandamız Azərbaycan Çempionatında 2ci yeri tutdu. Lakin 2001-ci il komanda üçün "qızıl il" kimi qəbul olunur - Tələbə Liqasında 1-ci yer,Bakı Çempionatında 1-ci yer və sözsüz ki, ən vacib olan Azərbaycan Çempionatında 1-ci yer artıq bizim idi. 2001-ci ilin yayında, Azərbaycan basketbol tarixində ilk dəfə olaraq yığma komanda Avropa Çempionatında iştirak etmişdir. Yığma komandada Qərb Universitetini E.Yusubov, R.Hüseynov və E.İskəndərov təmsil edirdi. Komandamızın "köhnə sakinləri" Səfərəliyev Teymur, Behbudov Teymur, Ocaqov İbrahim və Cəfərov Məhərrəm haqqında da danışmaq maraqlı olardı. Bu oyunçular komadanın əsas potensial qüvvəsini təmsil edirlər. Cabbarlı Elçin 2002-ci ildə komandaya dəvət olunmuş və məmnuniyyətlə heyyətimizə qatılmışdır.

2002-ci ilin fevral ayında komanda Azəbaycan Çempionatının ilk mərhələni keçmiş və yarım-qrupunda 4 qələbə qazanmışdır. Qarşıda hələ 2 mərhələ qalmışdır: biri aprel ayında və final - iyun ayında. Gənc nəsildən olan oyunçular Emin Kazımov, Orxan Hacıyev bu oyunlarda ən yüksək nəticəni göstərmişlər .

Ən yaxşı nəaliyyətlər

2001 Kişi komandaları arasında Azərbaycan Çempionu
2002 Universitetlər arasında Azərbaycan Çempionu
2003 Klublar arasında Azərbaycan Çempionu
2004 Universitetlər arasında Respublika çempionatında 1-ci yer
2005 Azərbaycan çempionatında 1-ci yer
2006 Universitetlər arasında Azərbaycan Çempionu
2007 Universitetlər arasında Respublika çempionatında 2-ci yer








İstiqlaliyyat 27
tel.: 492 61 63
        492 74 18
e-mail: sc@wu.edu.az

Western Univercity © 2008