|
|
Haqqımızda
"Qərb Universitetinin İdman klubu" Qərb Universiteti tərəfindən 20 aprel 2005-ci ildə təsis olunmuşdu.
Qərb Universitetinin fəaliyyətində və onun məqsəd və vəzifələri ilə həmfikir olan bütün əməkdaşları, tələbələri və QU-nun nəzdindəki məktəb şagirdləri İdman klubunun üzvləridir.
İdman klubunun məqsədi işçilərin və QU-nun tələbələrinin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlaşdırma prosesinin təşkili , Qərb Universitetində idman sağlamlıq hərəkətinə yönələn ictimai təşəbbüslərinə dəstək verməkdən ibarətdir.
İdman klubunun əsas vəzifələri:
Qərb Universitetinin işçiləri və tələbələri üçün kütləvi idman sağlamlıq tədbirlərinin təşkili ;
İdman növləri üzrə seksiyaların işlərinin təşkili
İdman klubunun üzvlərinin və yığma komandalarının rayon, şəhər , respublika və beynəlxalq yarışlarda iştirakının təşkili
Maddi-texniki bazanın gücləndirilməsi;
Qərb Universitetin kollektivinin sosial fəallığının artırılması;
Sağlam həyat tərzinin təbliğatı;
İdman klubunun qarşısında duran vəzifələrin həllinə yönələn tədbirlərin təşkili və məqsədyönlü maliyyələşdirilməsi ;
İdman klubunun fəaliyyəti Universitetin rəhbərliyi tərəfindən istiqamətləndirilir və əlaqələndirilir.
|
|